Yoldaşlıq görüşü başa çatdı

Yoldaşlıq görüşü başa çatdı

Azərbaycanın və Ukraynanın qadın şahmatçıları arasında keçirilən rapid və blits üzrə yoldaşlıq görüşü başa çatıb.

Komandamız Ukrayna şahmatçıları ilə yarışların ilk iki günündə rapid, sonuncu günündə isə blits yarışlarında mübarizə aparıb. Yekunda Ukrayna şahmatçıları 108:92 hesabı ilə üstün olublar. Rapid yarışlarında şahmatçılarımızdan ən yüksək nəticəni Günay Məmmədzadə göstərib - 8 xal. Gülnar Məmmədova isə 7 xal toplayıb. Blits turnirində isə ən yaxşı nəticə Xanım Balacayevaya məxsus olub (7 xal). Gülnar Məmmədova isə aktivinə 6,5 xal yazdıra bilib.
Qeyd edək ki, komandamızın heyətində Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva ilə yanaşı, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Nərgiz Umudova, Nərmin Xələfova, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla və Gövhər Beydullayeva mübarizə aparıblar.