La Liqa prezidenti istefa verir

La Liqa prezidenti istefa verir

Xavyer Tebas İspaniyanın iki yüksək divizionunu özündə cəmləyən La Liqanın prezidenti vəzifəsindən istefa verməyi​ düşünür.​​ Bu addıma funksionerin vəzifə səlahiyyətlərindən sui-istifadəsi faktının mətbuatda işıqlandırılması səbəb ola bilər.​ ​

Tebasın 2018-ci ildə hüquqi xidmətləri qarşılığında Sequnda​ təmsilçisi "Fuenlabrada"dan 130 min avro istədiyi, lakin gəliri​ bəyan etmədiyi bildirilir.​
Funksioner daha əvvəl oğlunun klubun idarə heyətinə daxil olduğunu açıqlayıb. Lakin həmin vaxt "Fuenlabrada" aşağı liqada çıxış etdiyindən, La Liqanın hüquqi səlahiyyətləri daxilində olmayıb. ​
Qeyd edək ki, Xavyer Tebas La Liqanın 2013-cü ildən prezidentidir. O, 2019-cu ildə yenidən 4 il müddətinə bu vəzifəyə seçilib.