"Barselona" kiberhücumlara məruz qaldı

"Barselona" kiberhücumlara məruz qaldı

İspaniyanın "Barselona" klubu kütləvi şəkildə kiberhücumlara məruz qalıb.​ "Deloitte" şirkəti​ klubun və onun rəhbərliyinin nüfuzuna xələl gətirmək üçün proqramlaşdırılmış botların mövcudluğunu aşkar edib.​​ Sosial şəbəkələrdə klubla əlaqəli müxtəlif mövzularda şərhlərin 12,5% -i insan olmayan istifadəçilər tərəfindən verilib.

Kiberhücumların əsas məqsədlərindən biri klub rəhbərliyinə yönələn​ tənqidləri​ yaymaqdır.​