Futbolçu koronovirusdan dünyasını dəyişdi​

Futbolçu koronovirusdan dünyasını dəyişdi​

Filippinli futbolçu Anyana Bautista vəfat edib.​​ Bu barədə Filippin Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Xanım futbolçuya bir ay əvvəl ensefalomielit (beyin və onurğa beynin iltihabı) diaqnozu qoyulub.​​ Daha sonra koronavirusa yoluxan Bautistanın vəziyyəti ağırlaşıb və vəfat edib.

Qeyd edək ki, Bautista Filippinin “Nomads” klubunda çıxış edirdi.