“Liverpul” komandasının yarımmüdafiəçisi Fabinyonun evi qarət edilib. Qarətçilər futbolçunun evinə komanda İngiltərə çempionatında qələbəni qeyd edərkən daxil olublar. Qarət zamanı evdə heç kimin olmadığı bildirilir. Oğrular evdən bir neçə bəzək əşyası, həmçinin daha sonra aşkar edilmiş və sahibinə qaytarılmış "Audi RS6" götürüblər.
Qeyd edək ki, bir müddət əvvəl “Liverpul”un futbolçuları Sadio Manenin, Robert Firminyonun və Deyan Lovrenin evləri qarət edilib.