ATP və WTA COVİD-19 pandemiyası səbəbi ilə payızda Çində keçirilməsi planlaşdırılan turnirlərin ləğv olunduğunu elan edib. Qərar, Çin Baş İdman İdarəsinin qanunvericiliyinə uyğun olaraq qəbul edilib. Beləki, cari ilin sonuna qədər ölkədə hər hansı bir beynəlxalq idman yarışları qadağandır.
Bununla da, sentyabrın sonundan noyabr ayının sonuna qədər ləğv olunan turnirlər:
Çendu və Çjuhayda - ATP 500 turniri
Pekində - ATP 500 turniri
Şanxayda - “Masters” ATP turniri
Nançan və Quançjouda - International WTA turnirləri
Çjençjou, Uhan və Pekində - WTA “Premyeraları”
Şenjendə - WTA yekun turniri
Çjuhayda – WTA kiçik yekun turniri