Yığmamızın gənc üzvü vəfat etdi​​ 

Yığmamızın gənc üzvü vəfat etdi​​ 

​Qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü olmuş​​ Nino Qurqenidze​ dünyasını dəyişib. AFFA-nın rəsmi "facebook" səhifəsində yer alan xəbərə görə, 20 yaşlı hücumçu uzun sürən xəstəlikdən sonra vəfat edib.​ Qurgenidze son olaraq​ Azərbaycanın U-19 yığmasında 2018-ci ilin 3-9 oktyabrında Türkiyədə Avropa çempionatının seçmə oyunlarında meydana çıxıb.​​ Həmin görüşlərdə Türkiyəyə​​ 0:2, İsveçrəyə​​ 0:3​ hesabı ilə uduzan milli komanda son qarşılaşmasında Kiprə qalib gəlib -​ 2:1. Həmin matçda Azərbaycan yığmasının ikinci qolunu məhz Qurgenidze vurub.

Xəstəliyi üzə çıxdıqdan sonra o, Türkiyədə müayinədən keçib və müalicəsini Gürcüstanda davam etdirib.
Qeyd edək ki, Nino Qurgenidze 2016-cı ildən Azərbaycanın aşağı yaşlılardan ibarət yığmalarına dəvət alıb. O, əvvəlcə U-17, daha sonra U-19 millisində forma geyinib.

Allah rəhmət eləsin!