17​​ yaşlı​​ futbolçunun​​ forma​​ nömrəsi​ əbədiləşdirildi

17​​ yaşlı​​ futbolçunun​​ forma​​ nömrəsi​ əbədiləşdirildi

İngiltərənin “Birmingem” klubu “Borussiya Dortmund”a transfer olan futbolçusu Cud Bellinqemin forma nömrəsini əbədiləşdirib.​​ Bundan sonra Çempionşip təmsilçisində 22 nömrəli futbolkanı geyinən futbolçu olmayacaq. On yeddi yaşlı yarımmüdafiəçi 23 milyon avro qarşılığında Dortmund klubuna keçib.​​ Bununla da o, İngiltərə klubunun tarixində ən baha satılan futbolçuya çevrilib.

Almaniya təmsilçisi ingilis futbolçu ilə 5 illik müqavilə imzalayıb.