"Neftçi" yeni transferini təqdim etdi

"Neftçi" yeni transferini təqdim etdi

"Neftçi" klubu transfer etdiyi növbəti futbolçunu təqdim edib.​ Bu, braziliyalı Tallison Diasdır. Onunla 2 illik müqavilə bağlanılıb. 29 yaşlı sol cinah oyunçusu 91 nömrəli formanı geyinəcək.​ Qeyd edək ki,​ sonuncu klubu​ "Quarani” (2019-2020) olan​ Tallison Diaz​ Braziliyanın ASA (2012-2014), "Flamenqo” (2015-2016), "Fortaleza” (2015), "Ferroviaria” (2016), "Seara” (2016-2017), "Red Bull Brasil” (2017), "Vitoria” (2017-2018) və "Novorizontino” (2018), həmçinin Belçikanın "Sent-Trüden” (2018-2019) klublarında oynayıb.​

"Neftçi” bundan əvvəl cinah müdafiəçisi Cabir Əmirli ilə yanaşı, nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Lavalı,​ Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrini, braziliyalı mərkəz müdafiəçisi Rener Alves De Souzanı​ transfer etmişdi. Bundan əlavə, "Səbail”lə icarə müqaviləsi başa çatmış Fəhmin Muradbəyli komandaya qayıdıb.