Dünya futbolundan bir​​ Emre Belözoğlu​​ keçdi

Dünya futbolundan bir​​ Emre Belözoğlu​​ keçdi

Türkiyə millisinin üzvü Emre Belözoğlu karyerasını başa vurub.​​ “Fənərbaxça"nın hücumçusu Türkiyə Superliqasının 34-cü turunda "Rizəspor"la görüşdə son oyununa çıxıb.​​ Veteran futbolçu 3:1 hesablı qələbə qazandıqları oyunda penaltini dəqiq yerinə yetirərək son oyununu qolla bitirib.​​ Əmrə bu qarşılaşmadan sonra futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Qeyd edək ki, Türkiyə millisində 101 oyun keçirən Emre, "Qalatasaray", "İnter", "Atletiko" və "Başakşəhər"də də çıxış edib.