"Mançester Siti" - "Real" oyunu neytral meydanda keçiriləcək?

"Mançester Siti" - "Real" oyunu neytral meydanda keçiriləcək?

Çempionlar Liqasının 1/8 final mərhələsinin​ "Mançester Siti" - "Real" cavab matçı Portuqaliyada keçirilə bilər.

İspaniyada koronavirusun yeni dalğası başladığı üçün İngiltərə hökuməti bu ölkədən gələn insanlara 2 həftə karantində qalma qaydası tətbiq edir.​​ Ona görə də hazırda UEFA alternativ variantlar üzərində də düşünür. Ehtimal edilir ki,​ avqustun 7-də "Etihad" stadionunda keçirilməsi nəzərdə tutulan​ matç Portuqaliyada təşkil edilə bilər.
Qeyd edək ki, komandalar arasındakı ilk görüş "şəhərlilər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.