Mütəxəssis COVİD-19-dan vəfat edib

Mütəxəssis COVİD-19-dan vəfat edib

İyulun 25-də futbol üzrə Ukrayna yığmasının və “Metalist-1925”in həkimi Anton Xudayev vəfat edib. 48 yaşlı mütəxəssis koronavirus xəstəliyi nəticəsində dünyasını dəyişib. Xəstəlik onun ağciyərlərinin 70 faizini sıradan çıxardıb və ​ mütəxəssisə süni tənəffüs aparatına tədbiq edilirdi.

Qeyd edək ki, A.Xudayev 20 ildən artıqdır ki, “Metalist” komandasında həkim işləyib. 2016-cı ildən isə Ukrayna yığmasında çalışırdı.