Futbolçular kuboku sındırdılar

Futbolçular kuboku sındırdılar

Sankt-Peterburqun “Zenit” komandasının futbolçuları qələbənin qeyd edilməsi zamanı Olympus Kubokunu yerə salıb sındırıblar.

Kuboku futbolçulara Rusiya Futbol İttifaqının (RFS) prezidenti Aleksandr Dyukov təqdim edib. Lakin oyunçular mükafatı əlində saxlaya bilməyiblər və mükafat meydançaya düşüb. Nəticədə kubokun qapağı parçalanıb.
Qeyd edək ki, Yekaterinburqda keçirilən final qarşılaşmasında​ “Zenit” ​ “Ximki” klubunu 1:0 hesabı ilə məğlub edib. 84-cü dəqiqədə penaltini Artem Dzüba yerinə yetirib və komandasına qələbə sevinci yaşadıb.