İspaniya klubunda kütləvi yoluxma​​ halı aşkarlandı

İspaniya klubunda kütləvi yoluxma​​ halı aşkarlandı

İspaniyanın "Fuenlabrada" klubunda koronavirusa​​ 12​ yeni yoluxma baş verib.​

Bununla komandada COVID-19 testi müsbət çıxanların sayı​​ 28-ə çatıb. Onlardan biri xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti sabitdir.​
Yaranmış vəziyyətlə əlaqədar Sequndada son turun "Deportivo" - "Fuenlabrada" matçı təxirə salınıb. Qələbə təqdirində, qonaqlar Primeraya vəsiqə uğrunda pley-offa vəsiqə əldə edə bilərdilər. Pley-off qarşılaşmalarının nə zaman keçiriləcəyi hələlik məlum deyil.​
Qeyd edək ki, "Fuenlabrada" təhlükəsizlik protokolunu pozmaqda şübhəli bilinir.​