İspaniyanın “Valensiya” klubunun yeni baş məşqçisi müəyyənləşib. Bu posta Xavyer Qarsia gətiriləcək. “Yarasalar” 50 yaşlı mütəxəssislə iki illik müqavilə imzalayacaq. Onun təyinatı iyunun 27-də rəsmiləşməlidir.
Qeyd edək ki, ötən ay Albert Seladesi istefaya göndərən “Valensiya”nın yeni çalışdırıcısı əvvəllər “Rubin”, “Uotford”, “Olimpiakos” və “Malaqa” kimi klublarda işləyib.