İngiltərə Premyer Liqası da yekunlaşdı

İngiltərə Premyer Liqası da yekunlaşdı


İyulun 26-da futbol üzrə İngiltərə Premyer Liqasının 2019-2020-ci il mövsümünün sonuncu turunun oyunları keçirilib. Çempionluğu vaxtından əvvəl təmin etmiş “Liverpul” səfərdə “Nyukasl” komandası ilə qarşılaşıb. Oyun çempionun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Son turun ən maraqlı qarşılaşması “King Power” stadionunda oynanılıb. “Lester Siti” öz meydanında “Mançester Yunayted” komandasını qəbul edib. UEFA Çempionlar Liqasına sonuncu vəsiqənin taleyinin həll olunduğu matçda Mançester təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb.

26 iyul​ İngiltərə Premyer Liqası, 38-ci tur​ Arsenal - Uotford - 3:2 Bernli - Brayton - 1:2 Çelsi - Vulverhempton - 2:0 Kristal Pelas - Tottenhem - 1:1 Everton - Bornmut - 1:3 Lester - Mançester Yunayted - 0:2 Mançester Siti - Norviç - 5:0 Nyukasl - Liverpul - 1:3 Sauthempton - Şeffild Yunayted - 3:1 Vest Hem - Aston Villa - 1:1​ ​ Beləliklə, çempion "Liverpul" və 2-ci pillədə olan "Mançester Siti" ilə yanaşı, "Mançester Yunayted" və "Çelsi" də müvafiq olaraq 3-4-cü yerlərin sahibi kimi birbaşa ÇL-in qrup mərhələsində iştirak hüququ qazanıblar. Mövsümü 5-ci pillədə tamamlayan "Lester" Avropa Liqasında mübarizəyə qrup mərhələsindən başlayacaq. "Mançester Siti" eyni zamanda Liqa kubokunu qazandığı üçün 6-cı pillədə qərarlaşan "Tottenhem" də Avroliqaya vəsiqə əldə edib. Joze Mourinyonun komandası 2-ci təsnifat mərhələsində mübarizəyə qoşulacaq. Federasiya kubokunun finalına çıxan "Arsenal"ın da Avroliqada iştirak şansı var. "Topçular" həlledici görüşdə "Çelsi"yə qalib gəlsələr, birbaşa Avroliqanın qrup mərhələsinə vəsiqə əldə edəcəklər.​ "Arsenal"ın finalda uduzacağı təqdirdə isə mövsümü 7-ci yerdə bitirən "Vulverhempton" Avroliqaya vəsiqə qazana bilər. Bunun üçün həm ÇL-in qrupuna vəsiqə qazanan, həm də İngiltərə kubokunun yarımfinalına çıxan "Mançester Siti", "Mançester Yunayted" və "Çelsi" (4-cü komanda "Arsenal"dır) komandalarından hər hansı ölkə kubokunu qazanmalıdır.​ Premyer Liqanı tərk edən komandalar isə mövsümü son üç pillədə başa vuran "Norviç", "Uotford" və "Bornmut"dur.

İngiltərə Premyer Liqası da yekunlaşdı İngiltərə Premyer Liqası da yekunlaşdı