Türkiyə Super Liqasında mübarizə sona çatdı

Türkiyə Super Liqasında mübarizə sona çatdı

Türkiyə Super Liqasında 20192020 mövsümünə yekun vurulub. Sonuncu-34-cü turun son oyununda "Başakşəhər" səfərdə "Kasımpaşa"ya uduzub - 2:3. 2019/2020 mövsümünün nəticələrinə əsasən, çempion "Başakşəhər", 2-ci olan "Trabzonspor" Çempionlar Liqasında mübarizə aparacaq. "Beşiktaş" 3-cü, "Sivasspor" 4-cü yeri tutmaqla Avropa Liqasına vəsiqə qazanıb. “Yeni Malatyaspor” (16-cı),​ “Ankaragücü” (17-ci) və "Kayserispor" (18-ci) isə Superliqani tərk edib.