Dünya çempionu azarkeşi olduğu komandasını təbrik edib

Dünya çempionu azarkeşi olduğu komandasını təbrik edib

WBC versiyası üzrə ağır çəkidə dünya çempionu olan Tayson Fyuri azarkeşi olduğu «Mançester Yunayted»i UEFA Çempionlar Liqasına vəsiqə əldə etməsi münasibətilə təbrik edib. Dünya çempionu şəxsi tvitter səhifəsində öz sevincini gizlətməyib. «Biz bunu bacardıq. «Mançester Yunayted» növbəti mövsümdə UEFA Çempionlar Liqasında mübarizə aparacaq. Komandamın rəqiblərinə bildirim ki, biz qayıtmışıq», - deyə Tayson Fyuri yazıb. Xatırladaq ki, dünən başa çatan İngiltərə Premyer liqasında «Mançester Yunayted» mövsümü üçüncü pillədə yekunlaşdırıb.