Balakəndə paraşütlə tullanma təlimləri keçiriləcək

Balakəndə paraşütlə tullanma təlimləri keçiriləcək

"İrəli” İctimai Birliyinin nəzdindəki "Ekstrim” klubu paraşütlə tullanma təlimlərinə başlayır.
Avqustun 10-dan etibarən Balakən Aviasiya Mərkəzində iki gün ərzində nəzəri və təcrübi təlimlər keçiriləcək. Yalnız bu təlimləri bitirdikdən sonra iştirakçılar təyyarədən paraşütlə tullanacaqlar. Bundan əlavə, təlim iştirakçıları üçün rayonun görməli yerlərinə ekskursiya təşkil olunacaq.