«Qimaraynş» yeni baş məşqçi ilə razılığa gəldi

«Qimaraynş» yeni baş məşqçi ilə razılığa gəldi

Portuqaliyanın «Qimaraynş» klubunun yeni baş məşqçisi müəyyənləşib. «Olimpiyadünyası.com» klubun saytına istinadən xəbər verir ki, Tyaqu Mendeş həmin posta təyin olunub. Tərəflər 2 illik müqavilə ilə razılaşıblar. Məlumat üçün bildirək ki, buna qədər 39 yaşlı Mendeş Madrid «Atletiko»sunda futbolçu karyerasını bitirdikdən sonra məşqçilər korpusunda yer alıb.