İtaliya A seriyasında XXXVII tur başa çatıb.Turun ikinci günündə 8 oyun baş tutub. “Latsio” gələn il B seriyasında oynayacaq “Breşiya”nı iki qolla məğlub edib. Eyni taleyi yaşayan “Spal” isə “Verona”ya böyük hesabla uduzub. “Sampdoriya” evdə “Milan”a, “Cenoa” səfərdə “Sassuolo”ya uduzub. Hər iki matçda 5 qol vurulub. Turinin də hər iki komandası xalsız qalıb. Çempion “Yuventus” səfərdə “Kalyari”yə, “Torino” evdə “Roma”ya məğlub olub. “Bolonya”nı qəbul edən “Fiorentina” ikinci hissədəki qollarla aktivinə 3 xal yazıb. “Leççe” isə “Udineze”dən üstün olub. Qeyd edək ki, A seriyasında sonuncu – XXXVIII turun matçları avqustun 1-2-də keçiriləcək.
İtaliya A seriyası
XXXVII tur
29 iyul
Verona – Spal – 3:0
Di Kamine, 7, 11, Faraoni, 47
Latsio– Breşiya– 2:0
Korrea, 17, İmmobile, 82
Sampdoriya – “Milan – 1:4
Askildsen, 87 – İbrahimoviç, 4, 58, Çalhanoğlu, 52, Leao, 90
Sassuolo – Cenoa – 5:0
Traore, 26, Berardi, 40, Kaputo, 68, 77, Raspadori, 74
Udineze – Leççe– 1:2
Samir, 36 – Mankosu, 40, Lapadula, 81
Kalyari – Yuventus– 2:0
Qalyano, 8, Simeone, 45
Fiorentina – Bolonya – 4:0
Kyeza, 48, 54, 89, Milenkoviç,74
Torino – Roma – 2:3
Berenquer, 14, Sinqo, 66 – Dzeko, 16, Smollinq, 23, Diavara, 61 (pen.)