Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb. İlk "10-luq"da Azərbaycanın yenə bir təmsilçisi yer alıb. Son dünya kubokunun qalibi Teymur Rəcəbov (2765 xal) 9-cu pillədəki yerini qoruyub. Şəhriyar Məmmədyarov (2764) da 11-ci yerdə qalıb. Azərbaycanın digər təmsilçiləri – Qədir Hüseynov 72-ci, Nicat Abbasov 74-cü pillədə qərarlaşıb. Rauf Məmmədov isə 2 pillə geriləyərək, 91-ci pillədə yer alıb.
Reytinq cədvəlinə liderliyi Maqnus Karlsen başçılıq edir. Onun aktivində 2863 xal var.
Qadın şahmatçılarımız arasında isə Günay Məmmədzadə 29-cu, bir pillə irəliləyən Gülnar Məmmədova 75-ci, Xanım Balacayeva isə bir pillə irəliləyərək, 86-cı pillədə qərarlaşıb.