İtaliya A seriyasında mükafatçılar müəyyənləşdi

İtaliya A seriyasında mükafatçılar müəyyənləşdi

İtaliya A seriyasında sonuncu - XXXVIII turun oyunları kecirilir.​ Turun ilk günündə 5 qarşılaşma keçirilib. Gümüş və bürünc medalların sahibləri son turda bəlli olub. Çempionun iki ən yaxın izləyicisi Berqamoda üz-üzə gəlib. Səfər qələbəsi qazanan “İnter” ikinci olubsa, “Atalanta” bürünclə kifayətlənib.

Bürüncü ələ keçirmək şansı olan “Latsio” Neapolda uduzaraq mövsümü mükafatsız bitirib. “Yuventus” isə çempion kimi çıxdığı daha bir qarşılaşmada uduzub. Turinlilər evdə “Roma”dan zəif olub.
Koronavirus pandemiyası bağlı fasilədən sonra uğurlu çıxışı ilə diqqət çəkən “Milan” “Kalyari”ni darmadağın edib. “Breşiya” isə A seriyasındakı son matçında “Sampdoriya” ilə sülhə imza atıb.
Qeyd edək ki, A seriyasında mövsümə avqustun 2-də yekun vurulacaq.

İtaliya A seriyası

XXXVIII tur

1 avqust

“Breşiya” – “Sampdoriya” – 1:1

Torreqrossa, 49 (pen.) – Leris, 41

“Milan” – “Kalyari” – 3:0

Klavan, 10 (avtoqol), İbrahimoviç, 55, Kastilyexo, 57

“Atalanta” – “İnter” – 0:2

Dambrozio, 1, Yanq, 20

“Yuventus” – “Roma” – 1:3

İquayn, 5 – Kaliniç, 23, Perotti, 44 (pen.), 52

“Napoli” – “Latsio” – 3:1

Fabian, 9, İnsinye, 54, Politano, 90 – İmmobile, 22