Avqustun 20-23-də Azərbaycan Texniki Universitetinin İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə azyaşlı yeniyetmələr (1999-2000-ci il təvəllüdlü) arasında "Gənc Olimpiyaçılar” yarışı keçiriləcək.Yarışın keçirilməsində əsas məqsəd Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyinin tərkibində fəaliyyət göstərən güləş klublarında sərbəst və yunan-Roma güləşi üzrə perspektivli idmançıların aşkarlanması, klub məşqçilərinin işinin qiymətləndirilməsidir.
Komanda xarakteri daşıyan yarışlar FİLA-nın mövcud qaydalarına uyğun olacaq və 10 çəki dərəcəsində keçiriləcək.
Turnirdə 1 saylı nümayəndəlikdə fəaliyyət göstərən "Xosrov Cəfərov”, "Azəri”, "Müşviqabad”, "Nardaran”, "Cəngi”, "Pirallahı”, "Hövsan”, "Bakı”, "Həyat” və "Xəzri” güləş klubları ilə yanaşı, digər komandaların da iştirakı nəzərdə tutulur.
Yarışın proqramına əsasən, avqustun 20-21-də sərbəst, 22-23-də isə yunan-Roma güləşi yarışları keçiriləcək.
Turnirdə ilk üç yeri tutan komandal
ar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, kubok və hədiyyələrlə mükafatlandırılacaq.