Hamiltondan növbəti qələbə

Hamiltondan növbəti qələbə

Formula 1 Böyük Britaniya Qran-Prisinin qalibi müəyyənləşib.

Mövsümün dördüncü yarışında “Mersedes”in pilotu Luis Hamilton birinci olub. İlk üçlüyü “Red Bull”un pilotu Maks Ferstappen və “Ferrari”nin üzvü Şarl Lekler tamamlayıblar.
L.Hamilton cari mövsüm 3-cü, yarışın keçirildiyi Silverstoun trasında 7-ci və karyerasında isə 87-ci qələbəsini qazanıb.
Pilotların siyahısına 88 xalla L.Hamilton başçılıq edir. V.Bottas 58 xalla ikinci, M.Ferstappen isə 52 xalla üçüncü pillədə qərarlaşıblar.
Növbəti yarış avqustun 9-da yenidən Böyük Britaniyada təşkil olunacaq.