Türkiyə klubunda yeni baş məşqçi

Türkiyə klubunda yeni baş məşqçi

“Trabzonspor” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. Qara dəniz təmsilçisi Eddi Nyuton ilə razılığa gəlib. E.Nyuton bundan əvvəl əsas komandada məşqçi vəzifəsində çalışıb. Baş məşqçi Hüseyn Şimşirin istefaya göndərilməsindən sonra “Trabzonspor” onun rəhbərliyi altında Türkiyə kubokunun finalında “Alanyaspor”a 2:0 hesabı ilə qalib gəlib.

E.Nyuton ilk dəfə baş məşqçi kimi çalışacaq. O, “Trabzonspor”dan əvvəl “Çelsi” və “Vest Bromviç”də köməkçi kimi işləyib.