Monteneqrolu müdafiəçi "Sabah"da

Monteneqrolu müdafiəçi "Sabah"da

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Monteneqrolu müdafiəçi Nikola Vuyadinoviçlə bir illik müqavilə bağlanıb. Serbiyanın “Srvena Zvezda” klubunun yetirməsi olan Nikola, karyerası ərzində “Rad” (Serbiya, 2004/05), “Zeta” (Monteneqro, 2005/06), “Radniçki” (Serbiya, 2006/07), ÇSKA (Sofiya, Bolqarıstan, 2007/08), “Unirea Alba Yulia” (Rumıniya, 2009/10), “Aberdin” (Şotlandiya, 2010/11), “Yavor” (Serbiya, 2012), “Şturm” (Avstriya, 2012-2014), “Osasuna” (İspaniya, 2014/15, 2017), BSU (Çin, 2015/16) və “Lex” (Polşa, 2017-2019) klublarında çıxış edib.

Onun son komandası Sloveniya “Domjale”si (2019/20) olub.
Qeyd edək ki, Visente Qomesi baş məşqçi postuna gətirən Bakı təmsilçisi daha öncə Amin Seydiyev, Samir Məhərrəmli, İdris İnqilablı, Slavik Alxasov, Nicat Mehbalıyev, Aleksey İsayev və Camal Cəfərovu transfer edib, Xulio Sezar Rodriges, Saşa Stamenkoviç və Ramil Şeydayevlə müqaviləni uzadıb.