Baş nazir futbolçuya ərə getdi

Baş nazir futbolçuya ərə getdi

Finlandiyanın Baş naziri Sanna Marin sabiq futbolçu Markus Raykkonenlə evlənib. Bu barədə xanım nazir özünün "İnstaqram" səhifəsində bildirib. Toy S.Marinin iqamətgahında, dostlar və qohumların əhatəsində keçib.

Qeyd edək ki, bu, baş nazirin ilk evliliyidir. Onun Raykkonenlə münasibətləri artıq 16 ildir davam edir. Cütlüyün 2 il yarımdır ki,​ onların qız övladı dünyaya gəlib.
Əlavə edək ki, M.Raykkonen 2009-cu ildə futbolçu karyerasını başa vurub. O, karyerası ərzində Finlandiyanın TPV və "İlves" klublarında oynayıb.