Qılıncoynadanlarımız dünya çempionatında mübarizəyə başlayıb

Qılıncoynadanlarımız dünya çempionatında mübarizəyə başlayıb

Avqustun 4-də Macarıstanın paytaxtı Budapeştdə əlil arabasında qılıncoynatma üzrə dünya çempionatı start götürüb.
Çempionatda milli komandamız da iştirak edir. Komanda qılıncoynatma idman növünün hər üç növündə (rapira, sablya və şpaqa) qüvvəsini sınayır. Bu idman növü paralimpiya idman növü kimi cari ilin 6 ayı ərzində formalaşmışdır. Qarşıdakı turnir milli komandamızın təcrübəsində ilk beynəlxalq yarışdır. Yarış avqustun 12-də başa çatacaq.