Klubun yeni forması təqdim olunub

Klubun yeni forması təqdim olunub

“Mançester Siti” futbol klubu rəsmi saytında 2020-2021 mövsümü üçün yeni səfər formasını təqdim edib. Yeni dəst tünd göy rəngdə tərtib olunub. Dizaynerlərin Kasılfild bölgəsi və Mançester şəhərindəki "Bridjuoter" kanalından ilhamlandığı deyilir.

Qeyd edək ki, ötən mövsüm “Mançester Siti” İngiltərə çempionatında ikinci yerdə qərarlaşıb.