Premyer Liqaya üç vəsiqənin sahibi müəyyənləşdi

Premyer Liqaya üç vəsiqənin sahibi müəyyənləşdi

İngiltərədə növbəti mövsüm Premyer Liqasına vəsiqə qazanan sonuncu klub da müəyyənləşib. Çempionşipin pley-off mərhələsinin finalında "Brentford"u 2:1 (Brayen, 105 (0:1), 117 (0:2), Dalsqaard, 120 (1:2)) hesabı ilə məğlub edən "Fulhem" bu sevinci yaşayıb. Matç boş tribunalar önündə keçirilib. Məlumat üçün bildirək ki, «Fulhem» buna qədər 2001, 2014 və 2019-cu illərdə Premyer Liqanın iştirakçısı olub. Qeyd edək ki, yeni mövsümdə Premyer Liqada «Fulhem»lə yanaşı «Lids» və «Vest Bromviç» klubları da mübarizəyə qoşulaşacaq. Bu komandalar bu il uğursuz çıxış edən «Bornmut», «Uotford» və «Norviç»i əvəz edəcək.