İspaniya La Liqasında yeni mövsümün vaxtı bəlli olub. 2020/21 mövsümü sentyabrın 12-də start götürəcək. Bu, öncədən planlaşdırılan tarixdən təxminən bir ay gecdir. Öncədən yarışın avqustun 8-də başlaması nəzərdə tutulmuşdu. Lakin koronavirus pandemiyası buna mane olub. La Liqada yeni mövsüm 2021-ci il mayın 23-də başa çatacaq.