"Fənərbağça"nın yeni baş məşqçisi müəyyənləşdi

"Fənərbağça"nın yeni baş məşqçisi müəyyənləşdi

Türkiyənin “Fənərbağça” klubunun yeni baş məşqçisi müəyyənləşib. İstanbul təmsilçisi Erol Bulutun təyinatını açıqlayıb. Mütəxəssislə 2 illik müqavilə imzalanıb. 1995-99-cu illərdə futbolçu kimi “Fənərbağça” formasını geyinmiş Bulut “sarı-lacivərdlilər”ə baş məşqçi kimi qayıdıb. Qeyd edək ki, Bulut “Fənərbağça”da oynadığı vaxt 136 oyunda 11 qol vurub.