Amerikalılar «Roma»nı bir-birinə satdılar

Amerikalılar «Roma»nı bir-birinə satdılar

A seriyası təmsilçisi "Roma"nın sahibi dəyişib.
İtaliya təmsilçisinin yeni sahibi amerikalı iş adamı Den Fridkindir. Milyarder "Roma"nı həmyerlisi Ceyms Palottadan 591 milyon avroya alıb.
Qeyd edək ki, daha əvvəl Pallotta "Roma"nı Fridkinə 700 milyon satmaqdan imtina etmişdi. Koronavirus pandemiyası səbəbindən yaranan maliyyə böhranına görə klubun qiyməti aşağı düşüb.
Məlumat üçün bildirək ki, "Roma" bu gün Avroliqanın 1/8 final mərhələsində "Sevilya" ilə qarşılaşacaq.