Premyer liqa təmsilçiləri Qəbələdən qayıtdılar

Premyer liqa təmsilçiləri Qəbələdən qayıtdılar

Qəbələyə təlim-məşq toplanışına yollanan Azərbaycan Premyer Liqa təmsilçiləri hazırlıqlarını başa çatıb. Premyer liqa təmsilçilərindən "Qarabağ", "Neftçi", "Keşlə", "Zirə" "Sabah", "Səbail" Bakıya, "Sumqayıt" isə Sumqayıta
qayıdıb. Təkcə "Qəbələ" hazırda eyniadlı şəhərdə hazırlıqlarını davam etdirir.
Qeyd edək ki, Bakı və Sumqayıtda sərt karantin rejimi səbəbindən klublar Qəbələyə təlim-məşq toplanışına yollanmışdı.
Nazirlər Kabineti yanında Operativ Qərargahın mümkün icazə qərarından sonra avrokubok təmsilçilərimiz də daxil olmaqla klubların hazırlıqlarını öz meydanlarında keçirəcəyi gözlənilir.