Avstriya klubu müflis olub

Avstriya klubu müflis olub

Avstriyanın köklü futbol klublarından sayılan "Mattersburq" müflis olub. Şəhərin eyniadlı təmsilçisi Avstriya çempionatının yüksək divizionunda iştirak etmək üçün tələb olunan lisenziyadan könüllü imtina edib. Buna komandanın əsas sponsoru "Commerzialbank Mattersburg im Burgenland AG"nin bağlanması səbəb olub. Bankın İdarə Heyətinin sədri və klubun uzunmüddətli prezidenti Martin Puxer maliyə maxinasiyasında şübhəli bilinir və barəsində araşdırma aparılır.
Klub rəhbərliyinin iclasında gənclər futbol məktəbini qoruyub saxlamaq üçün yeni komandanın yaradılması təklif olunub. Əsas heyətin üzvləri isə "Mattersburq"u tərk edəcəklər. Qeyd edək ki, əsası 1922-ci ildə qoyulmuş klub Avstriyanın yüksək divizionunda 2003/2004 mövsümündə debüt edib. Komandanın ən böyük uğuru 2006/2007 mövsümündə qazanılan bürünc medallardır.