Beynəlxalq Cüdo Federasiyası (IJF) BMT-nin iqlim dəyişikliyi ilə mübarizə üzrə kampaniyasına qoşulub. Bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Məlumatda bildirilir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) “Sports for Climate” kampaniyası idman sektorunun iqlim dəyişikliyinə verdiyi töhfəni və daha təhlükəsiz bir planet üçün iqlim neytrallığını təmin etmək məqsədi daşıyır.
Qeyd edilib ki, 2019-cu ildə ümumdünya cüdo günü münasibətilə IJF və dünyanın cüdo ailəsi 6 mindən çox ağac əkib.