Fransa klubunda koronavirus aşkarlandı

Fransa klubunda koronavirus aşkarlandı

Fransanın "Sent-Etyen" klubunun bir futbolçusunda koronavirus aşkarlanıb.
Bu barədə klubun Tvitter hesabında məlumat paylaşılıb. Adı açıqlanmayan oyunçunun evində təcrid olunduğu bildirilib.
Komandanın bu gün Berlin "Herta"sı ilə yoxlama oyunu nəzərdə tutulsa da, təhlükəsizlik qaydalarına görə matç təxirə salınıb.