UEFA klublarımıza vəsait ayıracaq

UEFA klublarımıza vəsait ayıracaq

 UEFA avrokubokların təsnifat mərhələlərinin oyunları üçün səfərə yollanacaq komandalara pul ayıracaq.
Qonaq komandanın çarter reysinin təşkili məqsədilə həmin klublara 40 000 avro ödəniləcək.
Qeyd edək ki, 2020/2021 mövsümündə Azərbaycanı Çempionlar Liqasında "Qarabağ", Avropa Liqasında isə "Neftçi", "Keşlə" və "Sumqayıt" təmsil edəcək. Hər 4 komanda mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Təsnifat görüşləri 1 oyundan ibarət olacaq.