Premyer Liqa: 11 səsvermə və əvvəlki qaydalar

Premyer Liqa: 11 səsvermə və əvvəlki qaydalar

İngiltərə Premyer Liqasında çıxış edən klublar arasında 5 əvəzetmə qaydasının 2020/2021 mövsümündə də tətbiqi ilə bağlı sorğu keçirilib.
Premyer Liqanın rəsmi saytında bildirilir ki, 20 yüksək liqa təmsilçisindən 11-i bunun əleyhinə səs verib.
Onlar yarışın əvvəlki qaydalarla keçirilməsinin tərəfdarı olduqlarını bildiriblər. Qeyd edək ki, İngiltərə Premyer Liqasında yeni mövsüm sentyabrın 12-də start götürəcək.