«Cırtdanlar»ın yarışında yarmfinalçılar müəyyənləşəcək

«Cırtdanlar»ın yarışında yarmfinalçılar müəyyənləşəcək

Sabah 2020/21 mövsümü üzrə Çempionlar Liqasının ilkin mərhələsi yeni mövsümlə start veriləcək. Qitənin 4 ən aşağı reytinqli ölkəsinin çempionları I təsnifat mərhələsinə yeganə vəsiqə uğrunda mübarizə aparacaq. İsveçrənin Nyon şəhərindəki Kolovrey İdman Mərkəzində keçiriləcək yarımfinal oyunlarında “Tre Fiori” (San Marino) ilə “Linfild” (Şimali İrlandiya), “Drita” (Kosovo) ilə “İnter” (Andorra) üz-üzə gələcək. Avqustun 11-də isə cütlərin qalibləri arasında final matçı təşki olunacaq. I təsnifat mərhələsinin avqustun 9-da keçiriləcək püşkatması zamanı ilkin mərhələnin qalibi səpələnməmişlər səbətində yer alacaq. Həmin vaxt artıq «cırtdanlar»ın mübarizəsində final cütlüyü müəyyənləşəcək. Məlmuta üçün bildirək ki, Azərbaycan çempionu “Qarabağ” mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Təmsilçimiz püşk zamanı səpələnmiş komandalar arasında yer alacaq. Bundan başqa ilkin mərhələnin qalibi də təmsilçimizin rəqibi ola bilər.  Yarımfinal
 8 avqust 
17:00. “Tre Fiori” (San Marino) - “Linfild” (Şimali İrlandiya) 20:00. “Drita” (Kosovo) - “İnter” (Andorra)  Final 
11 avqust 
20:00. “Drita” (Kosovo) - “İnter” (Andorra) cütünün qalibi - “Tre Fiori” (San Marino) - “Linfild” (Şimali İrlandiya) cütünün qalibi