Millinin İtaliyalı baş məşqçisi Bakıdadır  

Millinin İtaliyalı baş məşqçisi Bakıdadır  

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi bu gün Bakıya gəlib. AFFA-nın saytında yer alan xəbərə görə, italiyalı mütəxəssis bu gün “Bank Respublika Arena”da keçiriləcək “Sabah” - “Qəbələ” yoxlama oyununu stadionda izləyəcək.
Canni De Byazi COVİD-19 testi verib və testin nəticəsinin neqativ olması barədə müvafiq sənəd mövcuddur.
Baş məşqçi oyunu sosial məsafənin qorunması qaydalarına riayət etməklə izləyəcək və heç kimlə ünsiyyətdə olmayacaq.