UEFA Avropa Liqası: «Şkupi» və «Laçi» Bakıya gəlir

UEFA Avropa Liqası: «Şkupi» və «Laçi» Bakıya gəlir

Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb. Bakı vaxtı ilə saat 14:00-da başlayan püşkatma mərasimi zamanı Azərbaycan təmsilçilərindən "Neftçi", "Keşlə"nin də rəqibi bəlli olub. "Neftçi" Makedoniyanın "Şkupi, "Keşlə" isə Albaniyanın "Laçi” komandası ilə qarşılaşacaq. Hər iki komandamız rəqibi ilə evdə üz-üzə gələcək. Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları avqustun 27-də təşkil olunacaq.