«Kral klubu» «Qoca Sinyora»dan futbolçu istəyir

«Kral klubu» «Qoca Sinyora»dan futbolçu istəyir

Madrid "Real"ı "Yuventus"un futbolçusu Paulo Dibalanı transfer etmək istəyir. Madrid təmsilçisinin 26 yaşlı yarımmüdafiəçi üçün müqaviləyə Toni Kroos və ya İskonu daxil etməyə hazır olduğu vurğulanıb. Nəşr yazıb ki, sözügedən oyunçulardan birinin qiyməti nəzərə alınmaqla, bu transfer "kral klubu"na 100 milyon avroya başa gələ bilər.
Qeyd edək ki, Dibala 2019/2020 mövsümündə 45 matçda 17 qol vurub, 14 qolun ötürməsini verib.