Avropa Liqası: ilk yarımfinalçılar müəyyənləşdi 

Avropa Liqası: ilk yarımfinalçılar müəyyənləşdi 

Ötən gecə Almaniyada UEFA Avropa Liqasının ¼ final oyunlarından 2-nə yekun vurulub. İtaliya “İnter”I Dusseldorfda Almaniya “Bayer”I ilə üz-üzə gəlib. Görüş «İnter»in qələbəsi ilə yekunlaşıb – 2:1. Hər 3 qol ilk yarıda vurulub. «İnter»in heyətində Nikolo Barella 15-ci dəqiqədə hesabı açıb. 21-ci dəqiqədə Romelu Lukaku fərqi artırıb. 25-ci dəqiqədə Kay Haverts təsəlli qolunu vurub. Qalan vaxtda «Bayer»in bundan artığına gücü çatmayıb. İngiltərənin «Mançester Yunayted» komandası isə Kölndə Danimarka «Kopenhagen»i ilə üz-üzə gəlib. Əsas vaxt qolsuz yekunlaşıb. Nəticədə əlavə vaxt təyin olunub. Görüşün taleyini 95-ci dəqiqədə «qırmızı şeytanlar»ın yeni transferi Brunu Fernandeşin penalti qolu həll edib – 1:0. 
Beləliklə, avqustun 17-də Düsseldorfda keçiriləcək ikinci yarımfinal görüşündə «İnter» və «Mançester Yunayted» üz-üzə gələcək.