UEFA avrokubokların təsnifat mərhələsi ilə bağlı mühüm qərar qəbul edib. Qərara əsasən, təsnifat mərhələsindəki oyunlar azarkeşsiz keçiriləcək. Bu qərar Millətlər Liqasının oyunlarına da şamil olunacaq. Təsnifat mərhələsinin görüşləri avqust və sentyabr aylarında baş tutacaq. Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasında “Qarabağ”, UEFA Avropa Liqasında isə “Keşlə”, “Sumqayıt” və “Neftçi” təmsil edəcək.
Azarkeşlər stadiona buraxılmayacaq
