“Neftçi”nin Avropa Liqasındakı oyununun başlama saatı açıqlandı

“Neftçi”nin Avropa Liqasındakı oyununun başlama saatı açıqlandı

Xəbər verdiyimiz kimi, Bakının “Neftçi” klubu Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində ilk oyununu Şimali Makedoniyanın “Şkupi”klubuna qarşı keçirəcək. Artıq oyunun başlama saatı müəyyənləşib. Bu barədə “Neftçi”nin rəsmi saytı məlumat yayıb. Xəbərdə bu qarşılaşmanın avqustun 27-də “Bakcell Arena”da keçiriləcəyi və matça saat 20:00-da start veriləcəyi diqqətə çatdırılıb.