Ronaldo mövsümün ən yaxşısı seçildi

Ronaldo mövsümün ən yaxşısı seçildi

İtaliyanın "Yuventus" futbol klubunda 2019-2020-ci il mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib. Klubun saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən Kriştianu Ronaldu birinci olub. Qeyd edək ki, portuqaliyalı hücumçu A seriyasında başa çatan mövsümdə 33 matçda 31 qol vurub, 6 məhsuldar ötürmə edib.