UEFA rəsmiləri testdən keçəcək

UEFA rəsmiləri testdən keçəcək

UEFA prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridis Çempionlar Liqasının finalından öncə koronavirus testi verəcək.

UEFA-nın rəsmi saytına yer alan xəbərə görə, funksionlər, həmçinin Avropa Liqasının və Qadınlararası Çempionlar Liqasının həlledici matçından əvvəl də testdən keçəcəklər. Prosedur final oyunlarına iki gün qalmış baş tutacaq.

Qeyd edək ki, Avropa Liqasının finalı avqustun 21-də Almaniyada, Çempionlar Liqasının həlledici matçı isə iki gün sonra Portuqaliyada təşki olunacaq. Qadınlararası Çempionlar Liqasının finalı isə avqustun 30-da İspaniyanın San-Sebastyan şəhərində olacaq.

Xatırladaq ki, Çempionlar Liqasının 1/4 finalında "Atalanta" (İtaliya) - PSJ (Fransa), "Leyptsiq" (Almaniya) - "Atletiko" (İspaniya), "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) və "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa) görüşləri keçiriləcək. Oyunlar "8-lər finalı" formatında təşkil olunacaq.