Yığmanın keçmiş futbolçusu hakimi vurub

Yığmanın keçmiş futbolçusu hakimi vurub

Rusiya millisinin sabiq üzvü Roman Şirokov  oyun zamanı hakimi döyüb. «Lenta.ru»nun yaydığı xəbərə görə, hadisə həvəskarlar liqasının matçında baş verib. 39 yaşlı sabiq yarımmüdafiəçi keçmiş futbolçu olan referi Nikita Dançekova yumruq zərbəsi vurub. Tibbi yardım göstəriləndən sonra referinin vəziyyətinin yaxşı olduğu bildirilib. Roman Şirokov isə etdiyi hərəkətə görə üzr istəyib.
Qeyd edək ki, R.Şirokov 2008-2016-cı illərdə Rusiya millisində çıxış edib.